Modern.az

Milli Məclis Amnistiya aktını QƏBUL ETDİ

Milli Məclis Amnistiya aktını QƏBUL ETDİ

5 Noyabr 2021, 13:24

Milli Məclis bu gün müzakirəyə çıxardığı “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” sənədi qəbul edib.


Modern.az-
ın məlumatına görə, qərar layihəsi deputatların müzakirəsindən sonra səsə qoyularaq, bir oxunuşda qəbul edilib.

Qeyd edək ki, Amnistiya aktının qəbulu üçün təşəbbüs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb.

Amnistiyanın ümumilikdə 16 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. 

Qərar qəbul edilən gündən qüvvəyə minir.

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?