Modern.az

Bu amnistiyada 100-ə yaxın qadın azadlığa çıxacaq

Bu amnistiyada 100-ə yaxın qadın azadlığa çıxacaq

Aktual

5 Noyabr 2021, 13:29

"Bu amnistiyanın 100 nəfərə yaxın qadına şamil ediləcəyi proqnozlaşdırılır"

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Əli Hüseynli bildirib.

 

Deputat bildirib ki, amnistiya aktına əsasən, azadlıqdan məhrum olmuş şəxslərdən azadlığa buraxılması nəzərdə tutulanların sayı təxminən 3 min nəfərdir:

 

“Ehtiyatsızlıq üzündən cinayət törətmişlər təxminən 1000 nəfərdən çox, himayəsində uşağı olanlar 600 nəfər, qadınlardan isə 100 nəfər amnistiyaya düşəcək. İndidən dəqiq rəqəmləri söyləmək çətindir. Amma təxminən rəqəmlər bu istiqamətdə olacaq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!