Modern.az

Palata Fondla bağlı rəy verdi

Palata Fondla bağlı rəy verdi

5 Noyabr 2021, 17:05

Növbəti ildə də İşsizlikdən sığorta Fondunun gəlirlərində nəzərdə tutulmuş artım işsizlikdən sığorta haqları üzrə daxilolmalardakı artım hesabına baş verəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Fondla bağlı verdiyi rəydə öz əksini tapıb.

 

Palatanın rəyində qeyd olunur ki, qanun layihəsinə əsasən 2022-ci ildə Fondun gəlirləri 180,4 mln. manat məbləğində nəzərdə tutulub ki, bu da Fondun 2021-ci il üçün təsdiq edilmiş gəlirləri ilə müqayisədə 22,6 mln. manat və ya 14,3% çoxdur 2020-ci ilin icra göstəricilərinə, 2021-ci ilin və növbəti ilin proqnoz göstəricilərinə əsasən Fondun gəlirlərinin müvafiq olaraq, 134,3 mln. manatı və ya 77,3%-i, 120,0 mln. manatı və ya 76,1%-i, 136,5 mln. manatı və ya 75,7%-i sığortaedənlərin və sığortaolunanların ödədilkləri sığorta haqqı hesabına formalaşır. Eyni zamanda, 2020-2021-ci illərin müvafiq göstəriciləri ilə müqayisədə 2022-ci il üçün nəzərdə tutulmuş artım məbləği əsasən sığorta haqların hesabına təmin ediləcəkdir.

 

Belə ki, 2021-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 2022-ci ilə proqnozlaşdırılmış artım məbləğinin 72,6%-i məhz sığorta haqlarında nəzərdə tutulmuş artımla bağlıdır Qanun layihəsində 2022–ci il üzrə Fondun həm büdcə təşkilatlarından, həm də həmin təşkilatlarda işləyənlər üzrə daxilolmaları hər biri 21,7 mln. manat olmaqla ümumilikdə 43,4 mln. manat məbləğində müəyyən olunmuşdur. 2.4. Cari il üçün müəyyən edilmiş proqnozl Qanun layihəsində 2022-ci ildə Fondun gəlirlərinin böyük hissəsinin (51,6%-nin) və ya 93,0 mln. manatının qeyri-büdcə sektoru üzrə işəgötürənlərin və işçilərin ödədikləri sığorta haqlarından formalaşdırılması nəzərdə tutulur ki, bu da 2020-ci ilin icra göstəricisi ilə müqayisədə 6,2 mln. manat və ya 6,6% az, cari ilin proqnoz göstəriciləri ilə müqayisədə isə 6,5 mln. manat və ya 7,5% çoxdu 2022-ci ilin dövlət büdcəsi üzrə Qanun layihəsində işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə haqqı ödənilən ictimai işlərin əhatə dairəsinin genişləndirilməsi, təşkili mexanizminin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması ilə bağlı xərclərin maliyyə təminatı, o cümlədən iri dövlət müəssisələrində yaradılmış 18 minə yaxın iş yerlərinin əməyin ödənişi xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi üçün 230,7 mln. manat vəsait proqnozlaşdırılır

 
 
 
2022-ci il üzrə dövlət büdcəsinin layihəsi ilə birgə Hesablama Palatasına təqdim edilmiş məlumatlarda cari il üzrə orta aylıq əmək haqqının 2020-ci il üzrə müəyyən edilmiş göstəricini 35,1 manat və ya 5% üstələyərək 742,8 manat 2022-ci il üzrə proqnozlaşdırılan göstəricinin isə cari ilin müvafiq göstəricisini 64,8 manat və ya 8,7% üstələyərək 807,6 manat olacağı qeyd edilib
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı