Modern.az

Pensiyaların sığorta hissəsi artacaq - Hesablama Palatasının RƏYİ

Pensiyaların sığorta hissəsi artacaq - Hesablama Palatasının RƏYİ

5 Noyabr 2021, 18:11

Əmək pensiyalarının ödənilməsi bağlı xərclərin artım tempi cari ilin ilk yarısında bütün növ pensiyalar üzrə müvafiq göstəriciyə uyğun şəkildə proqnozlaşdırılıb.

Modern.az xəbər verir ki, bu, Hesablama Palatasının Dövlət Sosial Müfafiə Fonduna verdiyi rəydə öz əksini tapıb. Rəyə əsasən, qanun layihəsində növbəti ildə əmək pensiyalarının ödənilməsi üzrə xərclər 4951,0 mln. manat olacağı nəzərdə tutulub ki, bu da 2020-ci ilin müvafiq icra göstəricisindən 477,4 mln. manat (10,7%), 2021-ci ilin gözlənilən icrasından isə 187,1 mln. manat (3,9%) çoxdur. 

Cari ilin sonuna əmək pensiyalarının ödənilməsi üzrə xərc edilməsi gözlənilən vəsait 4763,9 mln. manat olaraq müəyyənləşdirlib ki, bu da il üzrə təsdiq edilmiş proqnoz göstəricisindən 116,1 mln. manat az və ya həmin göstəricinin 97,6%-i həcmində olacağı deməkdir.

Qeyd edilməlidir ki, növbəti ildə əmək pensiyalarının ödənilməsi xərclərinin xüsusi çəki göstəricisinin Fondun ümumi xərcləri üzrə olmaqla cari ildə gözlənilən 94,3%-lik icra göstəricisinə nisbətən azalacağı proqnozlaşdırılır ki, bu da Fondun digər xərclərinin artımı ilə əlaqədardır. Əmək pensiyalarına dair tərtib edilmiş statistik hesabata əsasən cari ilin əvvəli ilə müqayisədə I yarısında əmək pensiyaları üzrə ümumi orta aylıq pensiya məbləği 26,6 manat (8,8%), o cümlədən yaşa görə pensiya növü üzrə orta aylıq pensiya məbləği 26,9 manat (8,1%), əlilliyə görə pensiya növü üzrə orta aylıq pensiya məbləği 26,0 manat (10%) və ailə başçısını itirməyə görə pensiya növü üzrə isə 23,1 manat (8,8%) artıb.

İzahata əsaslanmaqla, 2022-ci ildə orta aylıq pensiya məbləğinin 14,4 manat artaraq 343,2 manat məbləğində proqnozlaşdırıldığı diqqətə çatdırılmalıdır.

Qeyd edilməlidir ki, orta aylıq pensiya məbləğlərində nəzərəçarpacaq artımlar 2019-cu ilin sonlarından başlayaraq müşahidə olunmaqdadır. Bu tarixdən pensiya məbləğlərində əsaslı dəyşikliklərin baş verməsi əmək pensiyasının minimum məbləğinin artırılması, orta aylıq nominal əmək haqqının artım tempinin yüksək olması və buna müvafiq olaraq pensiyaların sığorta hissəsinin indeksləşdirilməsi, müvafiq kateqoriyadan olan şəxslərin əməkhaqlarının artımı hesabına həmin kateqoriyaya aid edilən və hazırda pensiyaçı olan şəxslərə təyin edilmiş pensiyaların yenidən hesablanması ilə bağlıdır.

Pensiyanın minimum məbləğinin əmək pensiyalarının orta aylıq məbləğinə münasibətdə nəzərəçarpacaq paya malik olması növbəti ildə də əmək pensiyalarının ödənilməsi xərclərdə minimum pensiya məbləğlərinin ödənilməsi xərclərinin iştirak payının çox olacağını qeyd etmək imkanı verir.

2022-ci il üzrə “Büdcə zərfi” ilə birgə Hesablama Palatasına təqdim edilmiş məlumatlarda cari il üzrə orta aylıq əmək haqqının 2020-ci il üzrə müəyyən edilmiş göstəricini 35,1 manat və ya 5%, 2022-ci il üzrə proqnozlaşdırılan göstəricinin isə cari ilin müvafiq göstəricisini 64,8 manat və ya 8,7% üstələyəcəyi qeyd edilib.

Cari il üzrə orta aylıq əmək haqqının artım tempinin əvvəlki ilə münasibətdə təqribən 5% olaraq gözlənilməsi növbəti ildə pensiyaların sığorta hissəsinin orta hesabla bu göstərici qədər artırılacağını deməyə əsas verir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir