Modern.az

Palata Fondun büdcəsinə RƏY VERDİ

Palata Fondun büdcəsinə RƏY VERDİ

5 Noyabr 2021, 18:16

Dövlət Sosial Müdafiə Fondunun xərcləri, əvvəlki illərdə olduğu kimi, gəlirlərinə bərabər tutularaq artımla proqnozlaşdırılmış, xərclərin demək olar ki, bütün istiqamətləri üzrə artım nəzərdə tutulsa da, ümumi artım məbləğinin 91,7%-nin əhaliyə ödənişlər üzrə xərclərdə artımdan formalaşacağı gözlənilir.

Modern.az xəbər verir ki, bu, Hesablama Palatasının rəyində öz əksini tapıb.

Palatanın rəyində bildirilib ki, qanun layihəsinə əsasən, növbəti ildə Fondun xərcləri gəlirlərinə bərabər tutulmaqla 5306,8 mln. manat olaraq müəyyən edilib. Bu da 2020-ci ilin icrasından 595,7 mln. manat (12,6%), 2021-ci il üzrə gözlənilən icradan isə 252,9 mln. manat (5%) çoxdur .

Növbəti ildə Fondun xərclərində əvvəlki illərdə olduğu kimi, yüksək xüsusi çəkiyə əhaliyə ödənişlər üzrə xərclər sahib olacaq.

2022-ci il üçün əhaliyə ödənişlər üzrə nəzərdə tutulan xərclərin ümumi xərclərdə xüsusi çəkisi 96,7%-dir ki, bu da 2021-ci ilin gözlənilən icrasından 0,4 faiz bəndi azdır. Qeyd edilən istiqamət üzrə xüsusi çəki göstəricisinin cari ilin gözlənilən icrasına münasibətdə qismən azalması növbəti ildə həm Fondun aparatının yerli orqanlarının saxlanılması üzrə, həm də “DOST” Agentliyinin fəaliyyətinin müştərək maliyyələşdirilməsi xərclərinin artımı fonunda müşahidə edilməkdədir.

Əhaliyə ödənişlərlə bağlı xərclərin həm mütləq, həm də nisbi ifadədə artımı əmək pensiyalarının artımı hesabına proqnozlaşdırılıb. Qanun layihəsinə əsasən, növbəti ildə Fondun ümumi xərclərinin 5133,0 mln. manatının əhaliyə ödənişlər üzrə xərclərdən ibarət olacağı proqnozlaşdırılır ki, bu da 2020-ci il üzrə müvafiq icra göstəricisindən 546,1 mln. manat və ya 11,9%, 2021-ci ilin gözlənilən icrasından isə 226,2 mln. manat və ya 4,6% çoxdur.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir