Modern.az

Hamiləliyə və doğuma görə müavinətlərin həcmi 40% ARTIRILDI

Hamiləliyə və doğuma görə müavinətlərin həcmi 40% ARTIRILDI

5 Noyabr 2021, 18:42

Orta aylıq əmək haqqının artması həm əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, həm də hamiləliyə və doğuma görə müavinət təyin edilmiş şəxslərin sayının azalması fonunda xərc edilmiş vəsaitin həcminin artmasına təsir edən əsas amillərdəndir.

 

Növbəti ildə hamiləliyə və doğuma görə müavinətlərin maliyyələşdirilməsi üzrə 50,0 mln. manat vəsaitin xərc ediləcəyi proqnozlaşdırılır ki, bu da cari ilin gözlənilən icrasından 9,9 mln. manat və ya 24,7%, 2020-ci ilin icra göstəricisindən isə 14,2 mln. manat və ya 39,7% çoxdur.

 

Modern.az xəbər verir ki, bu məsələ Hesablama Palatasının rəyində əks olunub. Palatanın rəyinə əsasən, göstərilən müavinət növü üzrə cari ilin sonuna gözlənilən icra proqnoz göstəricisinə bərabər, yəni 40,1 mln. manat həddində olacağı nəzərdə tutulur. Belə ki, ilin I yarısında müavinət təyin edilmiş şəxslərin sayının 2020-ci ilin illik göstəricisinin 44,7%-i həcmində, 9 ay üzrə gözlənilən icranın proqnoz göstəricisinin 58,6%-i həcmində olması ilin sonuna faktiki icranın proqnoz göstəricisindən nəzərəçarpacaq dərəcədə aşağı olacağını ehtimal etməyə əsas verir.

 

Qeyd edək ki, Hesablama Palatasının cari il üçün Fondun büdcəsinə dair hazırladığı Rəydə hamiləliyə və doğuma görə 2021-ci il üçün nəzərdə tutulmuş vəsatin məbləğinin azaldılması potensialının olduğunu diqqətə çatdırmışdır. 

 

Hesablama Palatası həm əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, həm də hamiləliyə və doğuma görə müavinət məbləğlərinin müəyyənləşdirilməsində istifadə Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin layihəsinə rəy 2022 42 olunan orta gündəlik qazancın sığortaolunanın əvvəlki dövrlər üzrə gəlirinə müvafiq olaraq hesablandığını nəzərə alaraq, müavinət təyin edilmiş şəxslərin sayının azalması fonunda xərc edilmiş vəsaitin həcminin artması orta aylıq əmək haqqının artması ilə əlaqələndirir. 

 

Hesablama Palatası uşağın anadan olmasına görə verilən birdəfəlik müavinətlərin proaktiv qaydada təyin edilməsini islahatların müsbət nəticələrindən biri kimi qiymətləndirir və həmin müavinət növü üzrə göstəricilər arasında fərqin əvvəlki dövrlərdə yaranmış hüquq üzrə müraciət etməyən vətəndaşların cari dövrdə bu məqsədlə müraciət etməsi ilə bağlı olduğu qənaətindədir.

 

Qanun layihəsinə əsasən uşağın anadan olmasına görə verilən birdəfəlik müavinətlərin maliyyələşdirilməsi üçün 2022-ci ildə 20,0 mln. manat məbləğində vəsaitin xərc ediləcəyi proqnozlaşdırılır ki, bu da cari ilin gözlənilən icrasından 5,3 mln. manat (36,1%), 2020-ci ilin faktiki icrasından isə 10,5 mln. manat (2,1 dəfə) çoxdur.

 

Cari ilin sonunda qeyd edilən müavinət növü üzrə ümumilikdə 14,7 mln. manat vəsaitin xərc ediləcəyi nəzərdə tutulur ki, bu da proqnoz göstəricisindən 2,9 mln. manat və ya 24,6% çoxdur.

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı