Modern.az

Azay Quliyev Qara dəniz ölkələri QHT-lərinin forumuna sədr seçilib

Azay Quliyev Qara dəniz ölkələri QHT-lərinin forumuna sədr seçilib

28 Noyabr 2012, 14:31

Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Bakıda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Ölkələri Qeyri-Hökumət Təşkilatlarının I Forumu (təsis yığıncağı) keçirilib.
Modern.az xəbər verir ki, təsis yığıncağında 11 ölkənin - Albaniya, Azərbaycan, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Serbiya, Türkiyə, Ukrayna, Yunanıstanın nüfuzlu QHT-lərinin rəhbərləri iştirak ediblər.

Müzakirələrdən sonra qeyd və təkliflər nəzərə alınmaqla Nizamnamə qəbul olunub və Forum təsis edilib. Səsvermə yolu ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Forumun sədri seçilib. Forumun fəaliyyətinin planlaşdırılması üçün növbəti toplantının 2013-cü ilin may ayında Ankara şəhərində keçirilməsi qərara alınıb. Forum iştirakçıları toplantının yekunu olaraq, Bakı Bəyannaməsinu qəbul ediblər. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir