Modern.az

“İlin ən yaxşıları” seçildi - SİYAHI

“İlin ən yaxşıları” seçildi - SİYAHI

28 Noyabr 2012, 16:45

Avropa  Qəzetçilər Dərnəyi hər il müxtəlif sahələrdə uğur qazanan insanları mükafatlandırır. Avropa  Qəzetçilər Dərnəyinin (AQD) bu il mükafatlandıracağı şəxslərin adları artıq məlumdur.

AQD-nin Azərbaycan bölməsinin rəhbəri Afaq Fərzəlbəyova Modern.az-a bildirib ki, keçirilən rəy sorğusu nəticəsində Milli Məclisin deputatı, professor Musa Qasımlı “İlin millət vəkili”, AMEA-nın şöbə müdiri, professor Rəna Mirzəzadə “İlin elm adamı”, millət vəkili Qənirə Paşayevanın sədri olduğu “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” “İlin qeyri-hökumət təşkilatı”, Jurnalist Araşdırmaları Mərkəzininm sədri Seymur Verdizadə “İlin jurnalisti”, “Kral RC” MMC-in sədri Rövşən Tağıyev “İlin iş adamı”, əməkdar artist Elza Seyidcahan “İlin müğənnisi”, müğənni Ramal İsrafilov isə “İlin gənc müğənnisi” seçilib.

Qaliblər AQD tərəfindən bu il dekabrın 6-da Şimali Kipr Türk Respublikasında təşkil olunacaq mərasimdə mükafatlandırılacaqlar.
Qeyd edək ki, ”İlin jurnalisti” nominasiyasının qalibi Seymur Verdizadə Modern.az saytının köşə yazarı "Sabiqlər" rubrikasının müəllifidir.

Anar RÜSTƏMOV
 
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir