Modern.az

Hacıqabulun ictimaiyyət nümayəndələri “Hərbi Qənimətlər Parkı”nda - FOTOLAR

Hacıqabulun ictimaiyyət nümayəndələri “Hərbi Qənimətlər Parkı”nda - FOTOLAR

8 Noyabr 2021, 10:26

Hacıqabul rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş “Vətən Müharibəsinin birinci ildönümünün qeyd olunması” ilə bağlı tədbirlər planı uğurla həyata keçirilir.

 

Modern.az noyabrın 6-da Hacıqabul rayonundan bir qrup ictimaiyyət nümayəndələri, rayon İcra Hakimiyyəti, idarə, təşkilat əməkdaşları, şəhid ailəsi üzvləri və müharibə iştirakçıları Bakı şəhərində yerləşən “Hərbi Qənimətlər Parkı”nı ziyarət etdilər.

 

Təqdim edilən eksponatlar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır. Parkdakı eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdükləri 2 mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya diqqət çəkib.

 

Bundan başqa, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən, döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İskəndər-M” raketinin qalıqları var.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır