Modern.az

Paşinyandan Zəngəzur dəhlizinə müsbət REAKSİYA

Paşinyandan Zəngəzur dəhlizinə müsbət REAKSİYA

Qərbi Azərbaycan

8 Noyabr 2021, 12:39

Ermənistanın baş nazir Nikol Paşinyan ötən gün yerli televiziyalardan birinə geniş müsahibə verib.

 

Modern.az xəbər verir ki, müsahibə zamanı Paşinyan II Qarabağ Müharibəsindəki məğlubiyyət, müharibədən sonra aparılan danışıqlar, kommunikasiyaların açılması və s. barədə danışıb.

Paşinyan üçtərəfli komissiyanın fəaliyyətini yüksək qiymətləndirərək, kommunikasiyaların açılması üçün aparılan müzakirələrin detallarına toxunub.

 

“Bəli, biz hesab edirik ki, Azərbaycan Ermənistanın suveren ərazisi, suveren yolları ilə Naxçıvanla əlaqə saxlamalıdır və buna hazırıq. Ermənistan isə Azərbaycan üzərindən Rusiya və İranla əlaqə qurmaq şansına sahib olmalıdır. Faktiki olaraq biz Azərbaycanın Türkiyə ilə kommunikasiyası barədə danışırıq. Söhbət yalnız daxili kommunikasiyalardan gedə bilməz”.

 

Paşinyan deyib ki, üçtərəfli işçi qrup bütün marşrutları – İcevan-Qazax, Berd-Tovuz, Anqekaqoç-Biçənək-Horadiz-Yerasx, Horadiz-Mehri-Ordubad-Yerasx  marşrutlarını gözdən keçirir.


“Hesab edirik ki, Yerasx (Arazəyən)-Ordubad-Mehri dəmir yolu xətti Ermənistan tərəfindən öz ərazisində, Azərbaycan tərəfindən də öz ərazisində inşa olunmalıdır. Eyni məsələ avtomobil yollarına da aiddir. İşçi qrup bütün mümkün variantları təklif edib”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar