Modern.az

Qarabağda Mətbəx mərkəzinin yaradılmasına çalışacağıq” - Tahir Əmiraslanov

“Qarabağda Mətbəx mərkəzinin yaradılmasına çalışacağıq” - Tahir Əmiraslanov

11 Noyabr 2021, 10:35

UNESCO-nun baş direktoru Odre Azulenin qərarı ilə “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına 49 şəhər daxil edilib. Azərbaycanın qastronomiya paytaxtı Lənkəran şəhəri UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” sırasındadır.

 

Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov Modern.az-a açıqlamasında bildirib ki, mətbəx sahəsində bizim UNESCO-da 5 nominasiyamız var:


“Novruz bayramı, mətbəximizlə birgə, lavaş, dolma, Nar festivalı və ən böyük naliyyətlərimizdn biri  Lənkəranın qastronomiya mətbəx paytaxtı elan olunmasıdır. Bütün bunlar UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük nüfuzu və bacarığı sayəsində olub. Çünki o biri ölkələrdə belə hallar olmayıb”.


T.Əmiraslanov qeyd edib ki, bundan əlavə vaxtı ilə UNESCO-da səfir kimi çalışan, hazırda Mədəniyyət naziri olan Anar Kərimovun oradakı böyük iş təcrübəsi, işlərin gedişatını bilməsi, nazirliyinin işçilərinin uzun müddət bu işdə gecə-gündüz çalışmaları və Lənkəran rayon İcra Hakimiyyətinin dəstəyi də danılmazdır. 


“UNESCO və Birləşmiş Millətlər Təşkilatının Lənkərana bu adın verilməsi üçün  məktub Milli Kulinariya Assosiasiyasından gedib. İkinci məktubu isə biz Azərbaycan Aşpazlar Gildiyasına imzalatdıq. Yəni, çox böyük bir kollektiv iş oldu. Lənkəranda illərdi bu istiqamətdə işlər aparılır. Lənkəran mətbəxinin kitablaşdırılması prosesi indi də davam edir. Lənkəran Dövlət Universiteti bizimlə birgə Lənkəran mətbəxinin toplanması üzərində işləyir. O brendlərin yaradılması, cənub xörəklərinin brendləşməsi, müasirləşərək restoran mətbəxinə gətirilməsi üzərində işlər getdi. Təqdim olunan məktubda əsas iki böyük aşpazımızın, rəhmətlik Şah Hüseyn Kərimov və 75 yaşlı Qubad dayının adı çəkilib. Sonuncu işimiz orada çox böyük elmi praktik konfrans oldu”.


Milli Kulinariya Mərkəzinin rəhbəri  gələcəkdə təqdim etmək üçün çay süfrəsinin üzərində işlədiklərini bildirib:


“Qarabağ məbəxi kitabı yenidən nəşr olunur. Xörəklər artırılır, rəngli şəkildə işlənilir, müxtəlif dillərə tərcümə olunur. Gələcəkdə brend kimi irəli sürüləcək. Əlbəttə ki, parlament, dövlət də bizə dəstək olarsa, Qarabağda ayrıca mətbəx mərkəzinin yaradılması layihəsini irəli sürəcəyik. Bu iş maliyyə tələb edir, bunun üzərində iş gedəcək. Qarabağın azad olunması və Lənkərana bu adın verilməsi bizim işimizi 5-10 dəfə artırır. Ad əldə etməklə iş bitmir, əsas o adı qoruyub saxlamaqdır. Gələcəkdə UNESCO-ya müraciət edəndə başqa şəhərlərimizə adın verilməsinə çalışmalıyıq. Bu da böyük zəhmət və sistemli iş tələb edir”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...