Modern.az

Rusiya təyyarələri İdlibə hücum etdi – mülki insanlar öldü

Rusiya təyyarələri İdlibə hücum etdi – mülki insanlar öldü

Aktual

11 Noyabr 2021, 17:40

Rusiyaya məxsus döyüş təyyarələri Suriyanın şimal-qərbinə, İdlibə hava hücumu edib.


Modern.az
xarici KİV-ə istinadən bildirir ki, Rusiyanın Su-34 tipli döyüş təyyarələri səhər saatlarında İdlibdə şəhər mərkəzinə yaxın yerləşən fermaya 3 hava zərbəsi endirib.


Hücum zamanı 5 mülki şəxs həlak olub. Onlardan 3-ü uşaqdır. Yaralanan 4 nəfər isə yaxınlıqdakı xəstəxanaya çatdırılıb.


Rusiyaya məxsus döyüş təyyarələrinin gün ərzində İdlibin şimalında yerləşən qaçqın düşərgələrinə də hava zərbələri endirdiyi bildirilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Gürcüstanda ARA QARIŞDI - Minlərlə insan küçələrə axışdı