Modern.az

Ciddi risklər OLMAYACAQ

Ciddi risklər OLMAYACAQ

Aktual

11 Noyabr 2021, 18:40

Hesablama Palatası əsas fiskal orqanlar tərəfindən təmin edilən gəlirlərin icrasında risklərin olmayacağını qeyd edib.

 

Modern.az-ın xəbərinə görə, 2021-ci ilin 9 ayı ərzində Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə büdcə daxilolmalarının proqnozla müqayisədə 1,1 mlrd. manat çox icra edilməsi və büdcə-vergi siyasətində vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi, vergitutma bazasının genişləndirilməsi, kölgə iqtisadiyyatı ilə sistemli mübarizənin davam etdirilməsi və ədalətli rəqabət mühitinin dəstəklənməsi tədbirlərinin nəzərdə tutulması, dövlət rüsumunun büdcədənkənar gəlirlərə aid edilən hissəsinin ləğv edilməsi və tam məbləğdə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə təmin edilən daxilolmalara aid edilməsi, dövlət rüsumu dərəcələrinin sonuncu qüvvəyə mindiyi tarixdən sonrakı dövrdə inflyasiya səviyyəsinə uyğun indeksasiya edilməklə artırılması, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin DVX xətti ilə yığılması və vergi daxilolmalarına aid edilməsi, habelə koronavirus (COVID-19) pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması ilə əlaqədar xidmətlərin və hüquqi hərəkətlərin sayının artması və bunun DVX tərəfindən təmin edilən gəlirlərə aid edilməsi, gözlənilən inflyasiya səviyyəsi fonunda növbəti il üçün cari ilin gözlənilən icrası ilə müqayisədə büdcə daxilolmalarının 376,0 mln. manat artıq, o cümlədən, qeyri-neft sektoru üzrə 582,0 mln. manat çox, neft sektoru üzrə isə 206,0 mln. manat az proqnozlaşdırılması, 2022-ci ilin dövlət büdcəsi layihəsində DVX üzrə gəlirlərin yerinə yetirilməsində çətinliklərin olmayacağı fikrini formaşdırır.

 

İqtisadiyyatın bərpasının hesabat dövründə və növbəti ildə də davam edəcəyinin proqnozlaşdırılması, gözlənilən inflyasiya, malların gömrük rəsmiləşdirilməsi zamanı inzibatçılığın təkmilləşdirilməsi və nəzarətin gücləndirilməsi, habelə bəzi mallar üzrə aksiz dərəcələrinin artırılması növbəti il üçün Dövlət Gömrük Komitəsi üzrə proqnozların yerinə yetirilməsində ciddi risklərin olmayacağını deməyə əsas verir.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər