Modern.az

Palatadan subsidiyalarla bağlı yeni TƏKLİF

Palatadan subsidiyalarla bağlı yeni TƏKLİF

Aktual

11 Noyabr 2021, 19:00

Hesablama Palatası dövlət müəssisələrinə subsidiyalarla bağlı yeni mexanizmin formalaşdırılmasını təklif edib.

 

Modern.az-ın xəbərinə görə, 2022-ci ilin dövlət büdcəsində iqtisadi təsnifatın “Subsidiyalar” bölməsi üzrə 1440,2 mln. manat məbləğində vəsait proqnozlaşdırılıb ki, bu da ötən ilin faktiki icrasından 33,5% çox, cari ilin gözlənilən icrasından isə 11,3% azdır. Qeyd olunan vəsaitin 48,4%-i dövlət müəssisələri, 5,6%-i qeyri-dövlət müəssisələri, 46,0%-i isə hüquqi şəxslərə digər subsidiyalar üçün nəzərdə tutulub.

 

2019-2022-ci illər üzrə subsidiyaların strukturuna nəzər saldıqda, dövlət müəssisələrinə subsidiyaların davamlı olaraq artması fonunda qeyri-dövlət müəssisələrinə subsidiyalar əhəmiyyətli azalıb.

 

Hesablama Palatası öz Rəyində dövlət müəssisələrinə ayrılan subsidiyaların nəticəli və effektiv istifadəsinin təmin edilməsi məqsədilə subsidiyaların verilməsi şərtləri, bununla bağlı tələb olunan sənədləri, subsidiya məbləğinin hesablanması üsulları və s. məsələləri tənzimləyən konkret mexanizmin formalaşdırılmasını təklif edib.

 

Həmçinin, Palata dövlət büdcəsinin xərclərinin yeni yanaşma əsasında təsnifləşdirilməsinin, müdafiə olunan xərclərin strukturuna yenidən baxılmasının vacibliyini qeyd edib.

 

Hesablama Palatası beynəlxalq təcrübədə mövcud təlimatlar və ayrı-ayrı ölkələrin praktikası nəzərə alınmaqla “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə baxılaraq xərclərin hesablanılmasının yeni yanaşma (xərclərin məsrəflər və qeyri maliyyə aktivlərinin artması kimi təsnif edilməsi) əsasında həyata keçirilməsini təklif edir.

 

Eyni zamanda, qanunvericilikdə dövlət borcunun strukturunun təkmilləşdirilməsi ilə bağlı şərtlərin mövcudluğu şəraitində “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində göstərilən istiqamətlərə yenidən baxılmaqla dövlətin daxili və xarici borclarına xidmətlə bağlı xərclərə zərurət yarandığı hallar üzrə bunun növbəti ilin dövlət büdcəsi haqqında Qanunu ilə tənzimlənməsi, sosialyönlülüyü ilə diqqət çəkən əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması xərclərinin bu maddəyə əlavə edilməsi rəydə təklif edilib/

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı