Modern.az

Hədələnən jurnalist prezidentə müraciət edib

Hədələnən jurnalist prezidentə müraciət edib

Aktual

30 Noyabr 2012, 12:46

“Zerkalo" qəzetinin əməkdaşı İdrak Abbasov prezident İlham Əliyevə müraciət edib. Modern.az-ın məlumatına görə, jurnalist məlum Sulutəpə olayından sonra ona və ailəsinə qarşı təqiblərin davam etdiyini, yaşadığı evin tanımadığı şəxslər tərəfindən nəzarətdə olduğunu bildirib. İdrak Abbasov bununla bağlı prezident İlham Əliyevə, təhlükəsizlik qurumlarına və eləcə də media və ictimaiyyət nümayəndələrinə təhlükəsiz yaşaması üçün müraciət ünvanlayıb.

“Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikası mili təhlükəsizlik naziri cənab Eldar Mahmudova, Baş prokuror, cənab Zakir Qaralova, daxili işlər naziri cənab Ramil Usubova, Mehman Əliyev, Elçin Şıxlı, Xədicə İsmayil, Rauf Arifoglu, Rahim Hacıyev, Bahəddin Həziyev, Azr Nəzərov, Azər Rəşidoğlu, Şahin Rzayev, Babək Bəkir, Nicat Məlikov, Rövşən Hacıyev, Natiq Ədilov, Seymur Kazımov, Cəsur Məmmədov və digər media kapitanları və sıravi jurnalitlərə, Emin Hüseynov, Rəşid Hacılı, Leyla Yunus, Rəsul Cəfərov, Gülnarə Axundova və digər QHT təmsilçiləri, xarici ölkələrin və qurumların Azərbaycanda akreditə olumuş missiyalarına müraciət edərək, özümün və yaxınlarımın həyatına gözlənilən təhlükəni aradan qaldırmağa, bizə ölkəmizdə təhlükəsiz yaşayıb - işləməyə şərait yaratmağa yardım etmələrini xahiş edirik”, - deyə jurnalist müraciət edib.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İcra başçıları nəzarətdə - Ölkə üzrə geniş əməliyyat başlayır