Modern.az

Türk Dövlətlərinin “bir ölkə hamı üçün, hamı bir ölkə üçün” KONSEPSİYASI

Türk Dövlətlərinin “bir ölkə hamı üçün, hamı bir ölkə üçün” KONSEPSİYASI

Analitika

12 Noyabr 2021, 13:57

“Azərbaycan və Türkiyənin bir-birinə dəstəyi başqa Türk dünyasının ölkələrinə bir mesaj oldu. Türk dünyası ölkələrinə bir təhdid olarsa, bundan sonra birlikdə bir qərar almaq imkanı yaranır. Bu isə çox doğru addımdır. Digər ölkələrə də tutarlı mesaj olacaq”.

 

Bu sözləri Modern.az-a açıqlamasında Türkiyənin Hərbi Hava Qüvvələrinin təqaüddə olan general-leytenantı Ərdoğan Karakuş Türk Dövlətlər Birliyi sammitinin hərbi əhəmiyyəti barədə danışarkən deyib.

 

Onun sözlərinə görə, Türk dövlətlərinin hərbi təhlükəsizliyi təmin ediləcək:

“Bunu Azərbaycanda etdik, iki ölkə arasında alınan qərara əsasən hər hansı bir təhdid olarsa, Azərbaycan və Türkiyə birləşərək,  onu aradan qaldıracaq. Bu görüşdən sonra da bütün Türk dövlətlərinin təhlükəsizliyi, hərbi birliyi əsas mövzu olacaq. Türk dünyası böyük bir coğrafiyanı əhatə edir. Hər bir dövlət də müxtəlif təhdidlərlə qarşılaşır. Məsələn, Azərbaycanın ən böyük problemi Ermənistandır, daha sonra bir dövr ərzində İran problemlər yaratdı. Digər Türk ölkələrinin- Türkmənistanın, Özbəkistanın problemləri da başqadır. Bu səbəblə hamımız birləşdiyimiz zaman qarşı tərəf düşünmək məcburiyyətində olacaq. Birlikdən qüvvə yaranır, indi Türk dünyası bunu edir.

Macarıstan da bu birliyə müşahidəçi kimi qatılıb, bu da birliyin daha da böyüyəcəyindən, təhlükəsizlik üçün yeni bir birliyin yaranmasından xəbər verir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı