Modern.az

“Həqiqi hərbi xidmət müddətini azaltmaq lazımdır” - hərbi ekspertdən təklif

“Həqiqi hərbi xidmət müddətini azaltmaq lazımdır” - hərbi ekspertdən təklif

30 Noyabr 2012, 14:39


“Mən düşünürəm ki, yaxın vaxtlarda həqiqi hərbi xidmət müddətini azaltmaq lazımdır. Hesab edirəm ki, ali təhsilli çağırışçılara – 9 ay, orta təhsillilərə isə 12 ay hərbi xidmət kifayət edər”. Bunu Modern.az-a açıqlamasında hərbi ekspert, polkovnik-leytenant Üzeyir Cəfərov bildirib.

O, qeyd edib ki, müharibə şəraitində olmağımıza baxmayaraq, həqiqi hərbi xidmət müddətini artırmağa lüzum yoxdur.
“Xidmətin artırılmasını müzakirəyə çıxarmağa da ehtiyac yoxdur. Ölkəmizdə kifayət qədər insani resurs mövcuddur və biz bununla ordumuzu, digər güc strukturlarını kontingentlə təmin edə bilərik”.
Eyni zamanda ekspert peşəkarlardan ibarət hərbi xidmətin vacibliyini hesab edir: “Peşəkarlardan ibarət xidmətə keçirilməsi üçün işlərə başlanılmasının vaxtıdır”, – deyə vurğulayıb.
Aqşin Kərimov
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır