Modern.az

Dövlət Komissiyası: “Ermənilər girovun azad olunması yerinə silahlı dəstə ilə gəldilər”

Dövlət Komissiyası: “Ermənilər girovun azad olunması yerinə silahlı dəstə ilə gəldilər”

30 Noyabr 2012, 14:46

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq tşkilatlarla apardığı səmərəli danışıqlar nəticəsində, 12 noyabr 2012-ci il tarixdə Qazax rayonu ərazisində Ermənistan hərbçiləri tətəfindən girov götürülmüş Azərbaycan Respublikasının vətəndaşı 1972-ci il təvəllüdlü Alıyev Telman Cavanşir oğlu 30 noyabr 2012-ci il tarixdə Qazax rayonu, Bala Cəfərli kəndi istiqamətində, qoşunların təmas xəttində girovluqdan azad olunub.
Vətəndaş T.Alıyev azad olunduqdan sonra aidiyyəti dövlət qurumlarının iştirakı ilə yaxın qohumlarına təhvil verilib. Onun sağlamlıq durumu normaldır. Prosesdə Dövlət Komissiyası İşçi qrupunun, Müdafiə Nazirliyinin və neytral vasitəçi qismində Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları iştirak ediblər.

Komissiyadan Modern.az-a verilən məlumata görə, tədbir insidentsiz başa çatsa da, erməni tərəfi əvvəlcədən razılaşdırılmış prosedurdan kənara çıxaraq bir gün öncə tədbir barədə açıqlama verib və proses günü jurnalistlərin iştirakına şərait yaradıb, görüş yerinə silahlı hərbçilərlə gəliblər. Bununla əlaqədar Azərbaycan Respublikasının Dövlət Komissiyası yerindəçə iradını bildirib və bu irad Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistanın Dövlət Komissiyasının prosesdə iştirak edən əməkdaşlarının diqqətinə çatdırılıb. BQXK-də öz növbəsində Ermənistan Respublikasının Dövlət Komissiyasını bu addımdan çəkindirməyə səy göstərib, lakin buna müvəffəq ola bilməyib.  

Modern.az
 
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir