Modern.az

Azərbaycanlı deputat AŞPA-da çıxış edəcək

Azərbaycanlı deputat AŞPA-da çıxış edəcək

30 Noyabr 2012, 15:29

Dekabrın 3-də Parisdə Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclası keçiriləcək. İclasda komitənin İrqçilik və ksenofobiya alt komitəsinin sədri, Milli Məclisin deputatı Sahibə Qafarova iştirak edəcək.

 S.Qafarovanın Modern.az-a verdiyi məlumata görə, tədbirdə Cənub-Şərqi Avropada gender bərabərliyi, qadınlara qarşı zorakılıq, siyasi partiyalar və qadınların siyasətdə təmsilçiliyi, milli azlıqların hüquqları və digər mövzularda fikir mübadiləsi aparılacaq.
«Azərbaycanda da qadınların ictimai – siyasi fəallığı artıb, onların dövlət strukturlarında təmsilçiliyi yüksəlib. Təbii ki, bütün bunlar dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticələridir. Dünyanın bir sıra ölkələrində ciddi problemlər müşahidə olunsa da, Azərbaycan bu sahədə inkişaf etməkdədir. Hesab edirəm ki, Azərbaycanda həyata keçirilən gender siyasətinin uğurları Avropa məkanında təbliğ olunmalıdır. Bu məkanda ölkəmizin uğurlu təcrübəsindən istifadə oluna bilər»- deyə, deputat vurğulayıb.

Sahibə Qafarova həmçinin, iclasda “Əmək bazarında yaş diskriminasiyası” mövzusunda məruzə ilə çıxış edəcək, məruzə ətrafında müzakirələr aparılacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi