Modern.az

DSMF-nin sədr müavini Prezidentin pensiyalarla bağlı yeni sərəncamını şərh etdi

DSMF-nin sədr müavini Prezidentin pensiyalarla bağlı yeni sərəncamını şərh etdi

Təhsil

30 Noyabr 2012, 15:43

29 noyabr 2012-ci iltarixində Prezident İlham Əliyev Pensiya təminatı sisteminin islahatı Konsepsiyası layihəsinin hazırlanması haqqında sərəncam imzalayıb. Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Elman Mehdiyev sərəncamı şərh edib. Modern.az onun şərhini diqqətinizə çatdırır:

“Azərbaycanda həyata keçirilmiş sürətli islahatların nəticəsi kimi beynəlxalq standartlara cavab verən  sığorta-pensiya sistemi uğurla fəaliyyət göstərir. Hazırda sistemin cari təkmilləşdirilməsi tədbirləri Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi «2009-2015-ci illərdə Azərbaycan Respublikasında  sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı» çərçivəsində davam etdirilir. Bütün bunlarla yanaşı sistemin uzunmüddətli inkişafı üzrə strateji hədəflərin müəyyən olunması və sistem göstəricilərinin müasir tələblərə uyğunlaşdırılmasının davam etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə konsepsiya layihəsinin hazırlanması zamanı sığorta-pensiya sistemində sosial sığorta prinsiplərinin daha da gücləndirilməsi, sistemdəki bir sıra əlavə hüquq və imtiyazların  bu prinsiplər əsasında tənzimlənməsi, bir sıra göstəricilərin, o cümlədən sosial sığorta normativlərinin optimallaşdırılması, Dövlət Sosial Müdafiə Fondunun maliyyə bazarının aktiv iştirakçısına çevrilməsi, könüllü sığortalanmanın təşviqi istiqamətlərinin müəyyənləşdirilməsi diqqətə alınacaqdır”.  

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır