Modern.az

Metropoliten neft quyusu qazır?... - FOTOLAR

Metropoliten neft quyusu qazır?... - FOTOLAR

30 Noyabr 2012, 17:37

Bakı Metropoliteni yeni stansiyalar üçün şəhərin müxtəlif nöqtələrində qazıntılar apararaq qrunt sularının səviyyəsini araşdırır. Bu barədə Modern.az-a qazıntı işlərini həyata keçirən Qrunt Geo LTD şirkətinin sahə nəzarətçisi Emil Nəbiyev bildirib.

Modern.az –ın əməkdaşı N.Nərimanov rayonunda Məmməd Araz (keçmiş Teymur Əliyev) küçəsində gedən işlərlə tanış olub. Beş texnikanın cəlb edildiyi ərazidə geoloji araşdırma aparan qrupun nəzarətçisi “Yaxın gələcəkdə qazıntısına başlanılacaq tunellərin keçəcəyi ərazilərdə müəyyən məsafdədən bir bu tipli quyular qazılaraq qrunt sularının səviyyəsini və s. məlumatları əldə etmək üçün nümunələr götürülür ”- deyə məlumat verib.

Bakıxanov qəsəbəsi, Nərimanov rayonu, 20 yanvar metrosu  yaxınlığında bu tipli tədqiqat quyuları qazılaraq götürülən nümunələr laboratoraya göndərilir. Əhalinin qazıntı işlərinə marağından söz açan Emil Nəbiyev ”Sakinlərdən işçilərə yaxınlaşaraq neft quyusu qazdıqlarını soruşanlar olur. Biz də Metropolitenin neft quyusu yox, tədqiqat quyusu qazdığını başa salırıq...” deyə əlavə edib.

 

 

 

 

 

 

 

 

 

 


 

   Elçin AĞAYEV  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir