Modern.az

“Böyük İpək Yolu” Astanada - FOTO

“Böyük İpək Yolu” Astanada - FOTO

30 Noyabr 2012, 18:08

Qazaxstanın paytaxtı Astanada “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının Üzvlər Şurasının birinci iclası keçirilir.  Təşkilatın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iclasa 22 üzv ölkənin nümayəndələri qatılıb. Tədbirdə təşkilatın prezidenti, Azərbaycan Milli Məclisinin deputatı Fuad Muradov,  Qazaxstan parlamenitinin deputatı  Meyram Begentayev, Azərbaycanın Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Qazaxstanın elm və təhsil nazirinin məsul katibi  Aliya Qalimova, Qazaxstan Prezidenti Yanında Gənclər Şurasının sədri Qabidula Abduraximov,  Qazastan Prezidenti Administrasiyanın nümayəndəsi Abay Aydın, YUNİSEF-in Astanadkı nümayəndəliyinin rəhbəri Radoslav Jehak, Azərbaycanın Qazaxstandakı fövqaladə və səlahiyyətli səfiri Zakir Həşimov və bu ölkənin gənclər təşkilatının liderləri iştirak edirb. Üzvlər Şurasının 1-ci iclasında  2013-cü il üçün fəaliyyət planı müzakirə olunub və  görülən işlər barədə hesabat verilib.   

Toplantını açan təkilatın prezidenti, deputat Fuad Muradov  bildirib ki, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı yarandığı qısa müddət ərzində çoxlu sayda iş görə bilib.  “Biz gələn illər üçün də yeni planlar üzərində işləyrik. Bizim görüşlərimizin tarixi əhəmiyyəti var və əsas olan burda həmrəylik atmosferinin olmasıdır”-deyə F. Muradov bildirib.  Daha sonra çıxış edən Qazaxstan Prezidenti yanında Gənclər Şurasının sədri Qabidula Abduraximov təşkilatın işinə uğurlar arzu edib. “Bakı həmişə yeni ideyaları tətbiq edən bir şəhər olub. Biz bunu bilirik”-deyən katib “Böyük İpək Yolu”ölkələrindən keçməklə  avtorallinin keçirlməsini təklif edib.

Daha sonra çıxış edən Azərbaycanın Gənclər və İdman nazirinin mavini İntiqam Babayev “Böyük İpək Yolu” BGİ-nin fıaliyyətini təqdir etdiklərini və dəstək verdiklərini bildirib.  “Burada əsas məsələ gənclər arasında dialoqun qurulması və ambisiyalı ideyaların reallaşdırlması durur. Təşkilatın effektiv işi üçün yaxşı start verilib. Sizin ideya və təkliflərinizə dəstək verməyə hazırıq”-deyə nazir müavini vurğulayıb. İ. Babayev əməkdaşlıq imkanlarının yaxınlaşdırmaq üçün mütəmadi iclasların keçirilməsini vacib olduğunu deyib.  “İnanıram ki, siz tarixi karvan yolunun davam etirəcəksiniz”.

Qazaxstanın təhsil və elm nazirinin müavini Aliya Qalimova təşkilatın fəaliyyətinə uğurlar arzu edib və İttifaqı Qazaxstanda keçirilən “Unversiada”ya dəvət edib. Hazırda İttifaqın komitələr üzrə iclası keçirlir.

 

 

 

 

 

 

 

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub