Modern.az

Azad Rəhimov İraqa gedir

Azad Rəhimov İraqa gedir

1 Dekabr 2012, 10:40

İraq Respublikası Gənclər və İdman Nazirliyinin dəvətinə əsasən, AzərbaycanRespublikasının gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyinümayəndə heyəti dekabrın 1-2-də həmin ölkədə səfərdə olacaq. Bu barədə Modern.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, hələ 2008-ci ildə İraq Respublikasının gənclər və idman naziri Casim Məhəmməd Cəfərin Bakıya səfəri zamanı Azərbaycan və İraq Gənclər və İdman nazirlikləri arasında əməkdaşlığa dair niyyət protokolu imzalanmışdı. İki ölkə arasında əməkdaşlığı hüquqi bazasının yaradılması üçün gələcəkdə anlaşma memorandumunun imzalanması üçün qarşılıqlı razılıq
əldə olunmuş və hər iki ölkənin müvafiq orqanları ilə razılaşdırılmışdı.
Səfər çərçivəsində iki ölkənin nazirlikləri arasında gənclər və idman sahəsində əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması nəzərdə tutulub.

Modern.az  
Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir