Modern.az

«Yüz türk qadını»

«Yüz türk qadını»

Təhsil

1 Dekabr 2012, 10:49

Mətbuat Şurasında yazıçı-jurnalist Saminə Hidayətqızının «Yüz türk qadını» kitabının təqdimatı keçirilib.

Mərasimdə MŞ sədri Əflatun Amaşov öncə müəllifin jurnalistlik fəaliyyət barədə danışıb. O bildirib ki, uzun illər müxtəlif mətbuat orqanlarında çalışmış S.Hidayətqızı özünəməxsus yaradıcılıq yolu ilə tanınan qələm sahiblərindəndir. Bu cəhət və hədsiz təvazökarlıq ona media ictimaiyyəti içərisində böyük hörmət qazandırıb. Xanım  jurnalist də özünün sənət nümunələri ilə etimadı doğrultmaqdadır. «Hesab edirəm ki, təqdimatına toplaşdığımız «Yüz türk qadını» kitabı da etimaddan, inamdan qaynaqlanmış dəyərli sənət məhsuludur. Kitab müəllifin «Sarı sim» rubrikası altında nəşrə hazırladığı yaradıcılıq nümunələrindən biridir. Məndə olan məlumata görə, Saminə xanım türk dünyasında misilsiz xidmətləri olmuş qadınlarla bağlı daha geniş layihələr realaşdırmaq niyyətindədir. Bu baxımdan ayrı-ayrı sahələrdəki fəaliyyətinə görə fərqlənmiş qadınların həyat və yaradıcılıqları, həyatlarındakı özəl ştrixlərlə zəngin hadisələrdən bəhs edən məqamları da qələmə almaq istəməsi xüsusilə əlamətdardır», - deyə o vurğulayıb.
Ə.Amaşov S.Hidayətqızına MŞ-nin fəxri diplomunu təqdim edib.
Qeyd edək ki, «Yüz türk qadını» kitabının redaktoru, Azərbaycanın əməkdar jurnalisti Zakir Abbas nəşrin müəllifi S.Hidayətqızının həyat yoldaşıdır. Tədbirdə çıxış edən Z.Abbas iştirakçıların hər birinə təşəkkürünü bildirib, onlara xoş duyğularını çatdırıb. Eyni hisləri bölüşən S.Hidayətqızı həmçinin daha geniş miqyaslı sənət nümunələri ilə oxucularla görüşə gələcəyini vurğulayıb.


Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür