Modern.az

Müsavat Partiyası AXCP-yə dəstək verdi

Müsavat Partiyası AXCP-yə dəstək verdi

Aktual

1 Dekabr 2012, 11:40

Müsavat Partiyası İctimai Palatada struktur dəyişikliyinin edilməsi ilə bağlı AXCP sədrinin müavini Fuad Qəhrəmanlının təklifinə dəstək verib. Bu barədə Modern.az-a açıqlama verən Müsavat başqanının müavini Gülağa Aslanlı hazırki durumda İctimai Palata daxilində struktur dəyişikliyindən öncə təşkilatın gücləndirilməsinin vacib olduğunu bildirib.

“Məncə əsas məsələ İctimai Palatanın gücləndirilməsi yollarını tapmaqdır. Əgər bu dəyişiklik palatanın güclənməsinə, onun məqsəd və məramnəmisinin həyata keçməsini təmin etməyə yönələcəksə, bu təklifi qəbul etmək olar”.

Qeyd edək ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı İctimai Palatanı prezident seçkiləri ilə bağlı struktur dəyişikliyi etməməkdə qınayıb. O, İctimai Palatanın İcra aparatının yaradılmasının vacibliyini və qurumda tezliklə struktur dəyişikliyinin həyata keçirilməsinin vacib olduğunu  bildirib. AXCP rəsmisi həmçinin vurğulayıb ki, 2013-cü il prezident seçkiləri ilə əlaqədar təşkilatın uğurlu mexanizmə ehtiyacı var.

Anar RÜSTƏMOV  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!