Modern.az

Yunanıstan da “Eurovision-2013”dən imtina etdi

Yunanıstan da “Eurovision-2013”dən imtina etdi

Aktual

1 Dekabr 2012, 11:54

Daha bir ölkə İsveçdə keçiriləcək “Eurovision” mahnı müsabiqəsində iştirak etməkdən imtina edir. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Polşa və Portuqaliyadan sonra iqtisadi böhran yaşayan Yunanıstanın hökumət nümayəndələri müsabiqə iştirak etməyi lüzumsuz biliblər.
Hökumət təmsilçisi Simos Kedikoğlu bildirib ki, dolanışıq çətinliyi keçirən xalqa hörmət göstərərək, Yunanıstanın bu ilki müsabiqəyə qatılmaması daha doğru bir addım olacaq.  
Xatırladaq ki, “Eurovision-2013”ə İsveç ev sahibliyi edəcək. 


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!