Modern.az

Azərbaycanda QİÇS-li xəstələrin yeni sayı

Azərbaycanda QİÇS-li xəstələrin yeni sayı

Təhsil

1 Dekabr 2012, 12:04

1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə günüdür.  Respublika QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına görə, Azərbaycanda 1987-ci ildən 2012-ci ilin dekabrına qədər 3720 nəfərdə İİV infeksiyası nın olduğu rəsmən təsdiqlənib.
Təkcə bu ilin 11 ayı ərzində Azərbaycan vətəndaşları arasında 453 yeni İİV-ə yoluxma faktı aşkarlanıb. Onlardan 439-u (96,9%) Azərbaycan vətəndaşı, 14 nəfəri (3,1%) isə əcnəbilərdir.
Ümumilikdə İİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 2879-u (80,1%) kişi, 714-ü (19,9%) qadındır. Xəstəliyin QİÇS mərhələsində olan insanların sayı 1098 nəfərdir. Onların 1082-i Azərbaycan vətəndaşıdır. İndiyədək ölkəmizdə bu xəstəlikdən 518 nəfər dünyasını dəyişib.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar