Modern.az

Region gəncləri AİDS-ə qarşı birləşir

Region gəncləri AİDS-ə qarşı birləşir

1 Dekabr 2012, 12:01

Gənclər üçün Təhsil Mərkəzi 1 dekabr - Ümumdünya AİDS-lə Mübarizə Günü ilə əlaqədar bir sıra regionlarda maarifləndirici aksiyaların keçirilməsinə başlayıb.

Lənkəran, Balakən, Quba, Xaçmaz və Şamaxı rayonlarında bu gündən başlayan silsilə tədbirlərin əsas məqsədi gənclərin AİDS təhlükəsi və onunla mübarizə yolları haqqında məlumatlanmasına, eyni zamanda onların belə mübarizə tədbirlərində fəal olmasına kömək etməkdir.   Təşkil olunan tədbirlərdə həkimlər, o cümlədən Mərkəz nümayəndələri tərəfindən gənclərə AİDS epidemiyası haqqında dolğun informasiyaların verilməsi, zəruri nəşrlərin paylanması nəzərdə tutulur.   Mərkəzin katibliyinin rəhbəri Fariz Budaqovun sözlərinə belə maarifləndirici aksiyaların bu gündən başlayaraq digər ucqar rayonlarda da təşkili planlaşdırılır. Bildirilib ki, Mərkəz artıq 4 ildən artıqdır ki, Qlobal Fondun dəstəyi ilə gənclər arasında AİDS və narkomaniyaya qarşı mübarizə sahəsində uzunmüddətli layihələr həyata keçirir.

Modern.az  
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir