Modern.az

Turqut Özalın oğlu: “Atam Ərdoğana vəzifə təklif etmişdi”

Turqut Özalın oğlu: “Atam Ərdoğana vəzifə təklif etmişdi”

1 Dekabr 2012, 12:40

Türkiyənin 8-ci prezidenti Turqut Özalın oğlu Əhməd Özal atasının baş nazir olan vaxtlarda Rəcəb Tayyip Ərdoğana etdiyi təklifi ilk dəfə açıqladı.
Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Əhməd Özal “atam o vaxt Ərdoğana Özəl Qələm Müdürlüyü təklif etmişdi” deyə bildirib.
Türkiyənin indiki baş naziri Ərdoğan haqqında cəmiyyətə bəlli olmayan məlumatları açıqlayan Əhməd Özalın dedikləri Türkiyədə marağa səbəb olub.
“Atamın baş nazirliyi dönəmində Rəcəb Tayyip Ərdoğan İstanbula rəhbərlik edirdi. Atam onunla bir neçə tədbirdə bir yerdə olmuşdu, və atamın diqqətini cəlb etmişdi”.

  Aqşin  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir