Modern.az

Şaxta baba üçün lisenziya - Ticarət və Xidmət Departamenti qiymətdə dəyişiklik edibmi?

Şaxta baba üçün lisenziya - Ticarət və Xidmət Departamenti qiymətdə dəyişiklik edibmi?

Təhsil

1 Dekabr 2012, 12:49

Yeni ilin gəlməsinə bir ay vaxt qalsa da, artıq paytaxt küçələrində müxtəlif bayram aksesuarlarının satışına başlanılıb. Belə ki, alıcılara süni yolkalar, eləcə də yolka bəzəkləri təklif edilir.

  Bəs hər il Yeni il tədbirləri yüksək səviyyədə keçirilən Bakıda bu dəfə nə kimi yeniliklər gözlənilir?  
Bakı Şəhər İcra Hakimiyyətindən Modern.az-a bildirilib ki, hələ tədbirlər planı hazırlanmadığı üçün bu barədə əvvəlcədən danışmaq tezdir.   BŞİH-nin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov da hələ heç bir yeniliyin olmadığını bildirib. O, qeyd edib ki, küçə ticarəti ilə bağlı hələ onlara müraciət edən yoxdur.

“Həm də bilinmir ki, bu il qiymətlərdə hər hansı yenilik olacaq, ya yox”. Şaxta babalara lisenziyanın verilməsinə gəlincə isə Ə.Bağırov qeyd edib ki, buna dekabrın 10-15-dən sonra baxılacaq.
“Müraciətlərdə heç bir məhdudiyyətlərə yer verilməyəcək. Təbii ki, baxılacaq bunlar harada qoyulacaq, bəzi ərazilərdə təbii ki, icazə verilməyəcək. Əsasən Şaxta babalar və yolkalar ənənəvi yerlərdə - parklarda, bağlarda qoyulur. Əgər yeni parklar salınıbsa, onlar da istisna olmayacaq”.  

Ə. Bağırov bildirib ki, ötən il Şaxta babaların lisenziyası 80 manat idi. “Əgər bu il İnzibati Xətalar Məcəlləsi və Nazirlər Kabinetinin küçə ticarəti ilə bağlı qiymətlərdə dəyişikliyi olmayıbsa, eyni qiymət qalacaq. Dəyişiklik olacaqsa, onda qiymətlərdə yenilənmə baş verəcək”.  

Aytən Əliyeva  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!