Modern.az

Hadı Rəcəbli: “YAP “Vahid Rusiya”dan dəvət alıb”

Hadı Rəcəbli: “YAP “Vahid Rusiya”dan dəvət alıb”

1 Dekabr 2012, 14:46

“Vahid Rusiya“ Partiyasının dəvəti ilə Sankt-Peterburq şəhərində Qazaxıstan, Rusiya, Belorus və Azərbaycan da daxil olmaqla digər MDB dövlətlərinin aparıcı partiya rəhbərliklərinin iştirakı ilə iki günlük müzakirələr keçiriləcək.

Bu barədə Modern.az-açıqlama deputat Hadi Rəcəbli bildirib ki, müzakirələrin mahiyyətində Avrasiya inteqrasiyasına partiya baxışı, yəni aparıcı dövlətlərin öndə gedən partiyalarının bu məsələyə münasibəti əsas müzakirə obyekti olub.
“Bütövlükdə, Azərbaycan dünyaya inteqrasiyanın tərəfdarıdır. Bizim ölkəmizdə bu yaxınlarda Asiya ölkələrinin 60 partiyasının nümayəndələrilə tədbir keçirilib. Bu onu bir daha göstərir ki, YAP dünyaya inteqrasiya prosesinin tərəfində duran siyasi qurumdur. Bununla yanaşı, bəzi məqamlar, məsələn, Avrasiyada informasiya məsələləri, 21-ci yüzil və Avrasiyanın inteqrasiyası məsələsi ilə YAP razı deyil və razılaşa da bilmir. Buna baxmayaraq, YAP həmin forumda iştirak edəcək və öz baxışlarını səsləndirəcək“.



Modern.az


Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?