Modern.az

Serj Sərkisyandan növbəti həyasızlıq

Serj Sərkisyandan növbəti həyasızlıq

Təhsil

1 Dekabr 2012, 16:30

Avropadakı sərhədlər bölüşdürücü xətlər kimi istifadə edilməməlidir. Modern.az erməni KİV-nə istinadən xəbər verir ki, bu sözləri Ermənistan prezidenti Serj Sərkisyan deyib. Prezident əlavə edib ki, Ermənistan hökuməti Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığı dərinləşdirməlidir.

  “21-ci əsrdə heç bir bağlı sərhəd, güc təhlükəsi, ksenofobiya və irqçilik olmamalıdır”-deyə S.Sərkisyan bildirib. Həmçinin Ermənistan prezidenti qeyd edib ki, Türkiyə ilə sərhədlər bağlı olan təqdirdə, deyə biləzlər ki, onların Şərqlə tərəfaşlığı əla səviyyədir:
“Türkiyə Avropa Birliyinə namizəd, G20 sammitinin və “Şərq Tərəfdaşlığı” proqramının üzvü olsa da, Ermənistanla qanunsuz olaraq, sərhədlərin blokada saxlanılmasını davam etdirir. Bu tərəfdaşlıq yalnız məntiqə zidd deyil, eyni zamanda  beynəlxalq hüququn ən mühüm qaydalarını və prinsipləri pozmaqdır”.
Serj Sərkisyan bildirib ki, “Ermənistan dəfələrlə qeyd edib ki, Dağlıq Qarabağ Avropa ailəsinin bir üzvdir və Avropa ilə eyni dəyərləri bölüşür”.   
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi