Modern.az

Tahir Mirkişilinin komitəsi büdcə ilə bağlı 5 suala cavab axtarıb

Tahir Mirkişilinin komitəsi büdcə ilə bağlı 5 suala cavab axtarıb

Aktual

16 Noyabr 2021, 11:39

"Milli Məclis sədrinin tapşırığı ilə komitədəki büdcə müzakirələrinə ilk dəfə parlamentdə təmsil olunan bütün partiyaların nümayəndələri dəvət edilib”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Komitə sədri Şuşada mədəniyyət abidələrinin bərpası, Füzuli Beynəlxalq Hava Limanının açılışının əhəmiyyətindən də söz açıb:

“Dünya iqtisadiyyatı tənəzzüldən çıxaraq bərpa dövrünə keçid edib. Bununla belə, yeni infeksiya dalğalarının mövcudluğu, peyvəndə əlçatanlığın bərabər olmaması, yüksələn borc və inflyasiya dərəcələri iqtisadi inkişafın qarşısında əsas təhlükə kimi qalmaqdadır. Azərbaycanda peyvənd olunanların sayı dünən 44%-i keçib. Bu ilin 10 ayının göstəricilərinə əsasən, neftin 1 barelinin orta aylıq qiyməti 68 dollar təşkil edib”.

Deputat bildirib ki, komitədə aparılan geniş müzakirələr zamanı 5 sualın cavabını tapmağa çalışıblar:

“26,8 milyard manat gəlir və 29 milyarddan çox xərc ilə 2022-ci il dövlət büdcəsinin qarşıda duran hədəflərə nail olmağa qadir olduğunu deyə bilərik. Büdcədə orta aylıq əməkhaqqı, o cümlədən neftin qiyməti ilə bağlı proqnozların real olduğunu düşünürük. Gələn il əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin sərəncamını təmin etmək üçün büdcədə nəzərdə tutulan vəsait 1,6 milyon insanı əhatə edəcək".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı