Modern.az

Mikayıl Cabbarov deputatlarla MÜZAKİRƏDƏ

Mikayıl Cabbarov deputatlarla MÜZAKİRƏDƏ

16 Noyabr 2021, 11:55

Milli Məclisin plenar iclası davam edir.

 

Modern.az xəbər verir ki, hazırda iqtisadiyyat naziri Mikayıl Cabbarov parlamentdə "2022-ci ilin dövlət büdcəsi haqqında" qanun layihəsini və büdcəyə daxil olan digər məsələləri müzakirə edir.

 

Nazir qeyd edib ki, Azərbaycan 2022-2030-cu illləri əhatə edən yeni iqtisadi dövrə qədəm qoyur.

 

M.Cabbarovun sözlərinə görə, qarşımızda bununla bağlı yeni çağırışlar durur:

 

“2022-2026-ci illər üzrə yeni inkişaf strategiyasının hazırlanması üçün Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və müvafiq qurumlar arasında məhsuldar müzakirələr keçirilib. Bu müzakirələr nəticəsində qarşıdakı çağırışları özündə əhatə edən ilkin büdcə çərçivəsi formalaşmaqdadır. Bundan başqa, növbəti ilin büdcə layihəsi ölkədə sosial layihələrin həyata keçirilməsini özündə əhatə edir. Bütün bunlar dünya bazarında baş verən artımların əhalinin mövcud durumuna təsirlərinin azaldılmasına yönəldilib”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu