Modern.az

Azərbaycan səfirliyi Belqraddakı Ana və Uşaq Evinə humanitar yardım göstərib

Azərbaycan səfirliyi Belqraddakı Ana və Uşaq Evinə humanitar yardım göstərib

1 Dekabr 2012, 17:41

Noyabrın 30-da  Azərbaycan hökumətinin tapşırığı ilə Azərbaycan Respublikasınının Serbiyadakı Səfirliyi Belqrad şəhərindəki Ana və Uşaq Evinə humanitar yardım göstərib. Bu barədə Modern.az-a səfirlikdən məlumat verilib.

Bildirilib ki, bu tədbir Ana və Uşaq Evinə Azərbaycan tərəfindən göstərilən ilk humanitar yardım aksiyası deyil. Həmin müəssisəni Azərbaycan Səfirliyi daim diqqət mərkəzində saxlayır və göstərilmiş son yardım uşaq mebel dəstləri, hədiyyələr, oyuncaqlar və s. ibarət olub. Tədbirdə Ana və Uşaq Evinin əməkdaşları, Belqrad Meriyasının və Serbiya ictimaiyyətinin nümayəndələri, Azərbaycanın Serbiyadakı Fövqəladə və Səlahiyyətli Səfiri Eldar Həsənov başda olmaqla Azərbaycan Səfirliyinin əməkdaşları, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzi və Serbiya-Azərbaycan ticari-iqtisadi Palatasının üzvləri və Serbiyadakı Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.



Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?