Modern.az

Gənclərin Teatr Festivalında "Biz zibilə düşmüşük" I yeri tutdu - QALİBLƏR

Gənclərin Teatr Festivalında "Biz zibilə düşmüşük" I yeri tutdu - QALİBLƏR

1 Dekabr 2012, 17:33

Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan - Amerika Alyansının dəstək verdiyi Gənclərin II Ümumrespublika Teatr Festivalı başa çatıb.
Noyabrın 30-da Dövlət Gənc Tamaşaçılar Teatrında qaliblərin adları açıqlanıb və mükafatlandırma  mərasmi baş tutub. Tanınmış mədəniyyət və incəsənət xadimləri, millət vəkilləri və gənclərin qatıldığı mükafatlandırma  mərasmində çıxış edən festivalın ideya müəllifi və rəhbəri, millət vəkili Jalə Əliyeva deyib:
“Qalib gəlmək əhəmiyyətli deyil, əhəmiyyətli olan Azərbaycan gəncliyinin bariz nümunəsi Leyla Əliyevanın təşəbbüsü olan İDEA beynəlxalq layihəsindən ruhlanaraq, bu festivalda iştirak etmək, eyni zamanda sənətdə ilk addımlarıni atan gənclərə dəstək olmağımızdır. Öz əvəzimdən söz verirəm ki, festivalın davamlı olaraq keçirilməsi və yaradıcı gənclərimizin üzə çıxarılması istiqamətində səylərimi davam etdirəcəyəm. ”

Festivalın icraçı direktoru Ramil Ağasiyev festivalın təşkilat komitəsi adından Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya ekologiyaya xüsusi diqqət ayırdığı üçün ünvanlanan təşəkkür məktubunu oxuyub. 
İcraçı direktor həmçinin festivalın gerçəkləşməsində millət vəkili Jalə Əliyevanın böyük əməyinin olduğunu vurğulayaraq, gənclərə dəstək olduğuna görə ona iştirakçılar adından minnətdarlıq bildirib. Festivalın öz möhtəşəmliyi və maraqlılığı ilə digərlərindən fərqləndiyini deyən Azərbaycan-Amerika Alyansının icraçı direktoru Xəyal Şərifzadə festivalın əhəmiyyətindən danışıb.
Hesablama Palatasının auditoru Mehribal Alışanova bildirib:
“Bu 3 gün ərzində tamaşaçılar yalnız sənət aləminə nüfuz etmədilər, biz isə sadəcə yaxşı aktyor ya rejissor işini qiymətləndirmədik. Onlar bizi düşünməyə, ekoloji problemlərə qarşı təcili tədbirlər görməyə stimulə etdilər. Buna görə çox sağ olun!”.

Millət vəkili Elmira Axundova, mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev, Gənclər və İdman naziriliyinin sektor müdiri Elşən Hüseynov, Nazirlər Kabinetinin təmsilçisi və digərləri çıxış edərək, iştirakçıları bu gənclik bayramı münasibətilə təbrik ediblər.

Obyektivliyin qorunması məqsədilə adları gizlin saxlanılan münsiflərin tərkibi də elan olunub: Azad Şükürov, Sənubər İsgəndərli, Şeyx Əbdül Mahmudbəyov, Həmidə Ömərova,Vasif Babayev, Bəhram Osmanov, Sevda Teymurova. Təəssüratlarıni paylaşan münsiflərin hər biri komandaların tamaşaları barədə ürəkdolusu danışıblar.

Nəhayət hər kəsin həyəcanla gözlədiyi an yaxınlaşıb, peşəkar münsiflər heyəti tərəfindən müəyyən olunan qaliblərin adları açıqlanıb:
"Ən yaxşı tamaşa”ya görə  I yerin qalibinə 3000 AZN (Ucar Mədəniyyət evinin UMEO truppası, ssenari - Elçin Aslangil, rejissor- Ruslan Rəsul, "Biz zibilə düşmüşük"), II yerin qalibinə 2000 AZN (“Monomim” truppası, rejissor və ssesnarist Gülnarə Məmmədova, "Yaşıl qan"), III yerin qalibinə isə 1000 AZN (“Simsar” truppası, ssenari - Nicat Əlizadə, rejissor – Sabir Məmmədov, "Müdaxilə") mükafat təqdim olunub.
Bundan başqa müxtəlif  nominasiyalar üzrə də qaliblər müəyyən edilib;  "Ən yaxşı ssenari" nominasiyasına görə “13 yaşlı qızın gündəliyi” tanaşasının ssenari müəllifi, 13 yaşlı Ayla Qasımzadə,  "Ən yaxşı aktyor" nominasiyasında Elgün Həmidov ( “Təbiətin müsafirləri” truppası “Ağac səsi” tamaşası ) üstünlük, "Ən yaxşı aktrisa" nominasiyasında Səbinə Namazova ( “Təbiətin müsafirləri” truppası “Ağac səsi” tamaşası ) üstünlük qazanıblar. İki -Ağdam (Laləzar Abbasova- "Təbiətin qisası")  və Zərdab (Səfayə Əliyeva- "Qoy nəfəs alım") komandası isə həvəsləndirici mükafata layiq görülüb. Həmçinin bütün  komandalara iştirakşı diplomları və “Ağ çiçəyimdən” ətirli gül dəstələri təqdim olunub.

Festivalda iştirak edən 5 uşağa Jalə Əliyeva sürprizi edib. Xanım millət vəkili onlara festivala rəng qatdıqları üçün xüsusi təşəkkür edib və orijinal suvenirlər hədiyyə edib.

Xatırladaq ki, Festivalda ümumilikdə 13 komanda iştirak edib. Sonda  səhnə gənclərin ixtiyarına verilib. Bütün komandalar səhnəyə çıxaraq  festivalın “Dünya bizim evimiz” himnini səsləndirb.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...