Modern.az

Bakcell jurnalistlərə keçdiyi təlimdə yeniliklər barədə məlumat verdi

Bakcell jurnalistlərə keçdiyi təlimdə yeniliklər barədə məlumat verdi

Aktual

1 Dekabr 2012, 18:09

Bu gün Bakcell şirkəti Hilton otelində jurnalistlər üçün təlim keçib. Moder.az xəbər verir ki, təlim Mobil Nömrələrin Daşınması (MND) ilə bağlı olub. Təlim Bakcell əməkdaşları tərəfindən aparılıb. MND operatordan və xidmətlərdən asılı olmayaraq abunəçiyə öz nömrəsini fərdiləşdirmək, daha yaxşı xidmət və sərfəli qiymətlərdən yararlanmaq imkanı da verir. Bundan sonra operatorlar arasında rəqəbətlilik artır, mobil operatorlar öz xidmət və məhsullarını inkişaf etdirmək zərurəti hiss edirlər. MND-nin tarixinə nəzər salsaq, görərik ki, ilk dəfə bu sistemə keçən ölkələr Sinqapur, Yaponiya, ABŞ və s.texnologiyanın daha çox inkişaf etdiyi ölkələr olub. 1999-2001-ci illər arasında Honkonq, Böyük Britaniya, İsveçrə, İspaniya, Danimarka, Portuqaliya, Avstriya və digər ölkələr də bu sistemə qoşulublar.
Qonşu dövlətimiz olan Türkiyə MND-yə 2008-ci ildə başlayıb. Ölkədə olan 65 milyon abunəçinin 41 milyondan artığı MND-yə qoşulub. Bu hər 3 abunəçidən ikisi deməkdir. “Nömrə resuslarının ayrılması və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 03.09.2012 qərarının 6-14-cü bəndləri sellülar mobil nömrə daşınması həyata keçirilməsini əhatə edir.
Bu ilin sonu və yaxud da gələn ilin əvvəli bu proses başlayacaq. Bakcell şirkəti sentyabr ayının ortalarından şəbəkəsinin MND-nin tətbiqinə tam hazır olduğunu bildirib. Bakcell şirkəti bildirir ki, nə zaman nazirlik buna icazə versə, şirkət prosesə tam hazırdır. Yeni sistem datakartlara şamil edilmir. Bu sistemə əsasən, cari operatordan digərinə keçən zaman balansınızdakı konturu tam istifadə etməlisiniz. Çünki keçəcəyiniz digər mobil operator cari operatorun konturunu balansa əlavə etmir. Mobil Nömrənin Daşınması prosesi abunəçinin müraciətindən sonra, sənədi qəbul edən (alıcı) operator tərəfindən 6 iş günü müddətinə həyata keçirilir. Proses başa çatdıqdan bir gün öncə abunəçi məlumatlandırılır. Sənəd qəbul olunanadək cari operatorun xidmətindən istifadə olunur. Əməliyyat tam həyata keçirilənədək abunəçinin şəbəkəsində 3 saat kəsinti yarana bilər. Digər bir məqam isə odur ki, abunəçi başqa mobil operatora keçdikdən sonra, ən azı 3 ay müddətində həmin operatordan istifadə etməlidir.

Anar Kəlbiyev  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!