Modern.az

Nazirlikdə işləmək istəyənlər imtahan verdilər

Nazirlikdə işləmək istəyənlər imtahan verdilər

2 Dekabr 2012, 15:42

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən vergi orqanlarına işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirilib. Modern.az xəbər verir ki, , imtahan prosesi Bakı Dövlət Universitetinin I, II və yeni tədris korpusu və Azərbaycan Texniki Universitetinin V korpusunda keçirilib.  Suallar Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikası Prezidentinin fərmanları və Nazirlər Kabinetinin qərarları, Vergilər Məcəlləsi, Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Mülki Prosessual Məcəllə, Mülki Məcəllə, Cinayət Məcəlləsi və Cinayət Prosessual Məcəlləsi və digər qanunvericilik aktlarını əhatə edib.

İmtahanda iştirak etmək istəyən 2 min 138 nəfərin namizədliyi qeydə alınıb.

Qeyd edək ki, imtahanın nəticələri www.tqdk.gov.azwww.taxes.gov.az internet saytlarında yerləşdiriləcəkdir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi