Modern.az

ABŞ səfirliyindən Zəngəzur ÇAĞIRIŞI: ora getməyin!

ABŞ səfirliyindən Zəngəzur ÇAĞIRIŞI: ora getməyin!

21 Noyabr 2021, 11:04

ABŞ-ın Ermənistandakı səfirliyi vətəndaşlarına müraciət edərək, Azərbaycanla sərhəd məntəqələrində nəzarətin gücləndirilməsi ilə əlaqədar Zəngəzur bölgəsinə getməməyə çağırıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, səfirlik xüsusilə Gorus-Qafan yolu istiqamətində hərəkətdən çəkinməyə çağırıb.

“M2 və M17 avtomobil yollarında Azərbaycan gömrük postlarında nəzarətin gücləndirilməsi ilə bağlı məlumatlar var”, - deyə səfirliyin məlumatında bildirilir.

Qeyd olunur ki, səfirlik əməkdaşlarının və onların ailə üzvlərinin həmin istiqamtdə hərəkəti çox zərurət olmadıqca qadağandır.

Səfirliyin çağırışında ABŞ vətəndaşlarına Ermənistan-Azərbaycan sərhədinin bütün uzunluğu boyunca ayıq-sayıq olmaları və Qarabağ münaqişəsi zonasında təmas xəttinə yaxın ərazilərə getməmələri tövsiyə olunur.


A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir