Modern.az

Dövlət Sosial Müdafiə Fondunun informasiya üzrə məsul şəxsi müəyyən olunub

Dövlət Sosial Müdafiə Fondunun informasiya üzrə məsul şəxsi müəyyən olunub

4 Dekabr 2012, 12:57

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.1-ci bəndinə uyğun olaraq  Dövlət Sosial Müdafiə Fondunda informasiya azadlığı üzrə məsul şəxs müəyyən olunub. Bu barədə Modern.az-a fonddan məlumat verilib.
Dövlət Sosial Müdafiə Fondu üzrə müvafiq əmrə əsasən, Fondun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev informasiya azadlığı üzrə məsul şəxs müəyyən edilib.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü