Modern.az

Bakıda polisə silah çəkən şəxs tutulub

Bakıda polisə silah çəkən şəxs tutulub

4 Dekabr 2012, 13:16

Polisin qanuni tələbinə tabe olmayaraq ona silahlı müqavimət göstərmiş Bakı şəhər sakini Taleh Ağayev tərki-silah edilib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dekabrın 3-də saat 15.30 radələrində Yasamal rayonu ərazisində, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Taleh Ağayev ictimai qaydanı pozduğuna görə həmin ərazidə xidmətdə olan Çevik Polis Alayının əməkdaşı onu intizama dəvət edib. Bu zaman T.Ağayev polisin qanuni tələblərinə tabe olmayaraq, bıçaqla ona hücum edib. T.Ağayev tərki-silah edilib və barəsində toplanmış materiallar sonrakı araşdırmalar aparılması üçün rayon prokurorluğuna göndərilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir