Modern.az

Bakcell-dən uşaqlara yardım

Bakcell-dən uşaqlara yardım

Aktual

4 Dekabr 2012, 14:08

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə bildirir ki, 2010-cu ilin mart ayında başlanılmış və Azərbaycana Birgə Yardım (UAFA) təşkilatı ilə birgə həyata keçirilən, fiziki qüsurlu uşaqların sosial ünsiyyət bacarıqlarının artırılması layihəsinin yeni üçüncü mərhələsinə start verilib. Bu, Bakcell-in UAFA ilə birgə son 2 il ərzində həyata keçirdiyi etdiyi uğurlu layihələrin davamıdır.

Fiziki qüsurlu yeniyetmələrin sosial şəbəkələrdən istifadə etmək imkanı olduqca məhduddur, onlar cəmiyyətdən təcrid olunmuş şəkildə yaşayır, bir çox hallarda təhsil almaq imkanları çox məhdud olur. Azərbaycanda kommunikasiya texnologiyalarının inkişafı ilə bu cür insanların texnologiyalardan istifadə etmək, öyrənmək və işə qəbul olunmaq imkanları da artır. Bu layihə çərçivəsində ən azı 15 nəfər fiziki qüsurlu gənc üçün kompüter kursları təşkil olunacaq, onların kompüter və internetdən istifadə bacarıqlarının formalaşmasına dəstək göstəriləcək. Ayrı-seçkiliyin aradan qaldırılması yalnız QHT-lər və fiziki qüsurlu insanların birgə təşəbbüsləri sayəsində mümkündür. Kommunikasiya texnologiyalarından istifadə edən uşaqlar cəmiyyətdə daha aktiv rol oynamaq imkanı qazanırlar. Son iki il ərzində UAFA-nın Yasamal, Xaçmaz və Gəncədəki İcma Əsaslı Reabilitasiya (İƏR) mərkəzləri vasitəsilə məktəbə getmə və iş tapma çətinliyi ilə üzləşən fiziki qüsurlu uşaqların cəmiyyətə inteqrasiya olunmasına dəstək göstərilir. UAFA-nın yerli mərkəzləri tərəfindən uşaqlar üçün təşkil olunan tədbirlər onların ehtiyac və maraqlarına əsaslanır. Bu tədbirlərə teatr, rəqs, rəssamlıq, foto kursları daxildir. Layihənin ilk ilində Yasamal, Xaçmaz və Gəncədəki reabilitasiya mərkəzlərində 171, ikinci ilində isə 185 nəfər fiziki qüsurlu uşaq bu kurslara qatılıb.    
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu