Modern.az

Sabah yağış yağacaq

Sabah yağış yağacaq

Təhsil

4 Dekabr 2012, 14:16

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata  görə sabah  Bakıda və Abşeron yarımadasında  hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər yarımadanın bəzi yerlərində duman olacağı, axşam buludluluğun artacağı, gecəyə doğru yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 6-10, günün birinci yarısında 15-18, axşam 10 dərəcəyə yaxın isti təşkil edəcək.


Azərbaycanın rayonlarında isə dekabrın 05-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir, axşam isə bəzi qərb rayonlarından başlayaraq yağıntılı olacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.


Havanın temperaturu gecə 2-7, gündüz 10-15, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, günün birinci yarısında 12-17, günün ikinci yarısında 5-8 dərəcə isti olacağı gözlənilir.


Hava şəraitinin qısa icmalına gəlincə isə dekabrın 5-i  axşam və 06-da gecə və səhər hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, şimal küləyinin arabir güclənəcəyi gözlənilir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi