Modern.az

“Məhkəmə Nigar Yaqublunun qadınlığını nəzərə almalıdır” – YAP-çı deputat

“Məhkəmə Nigar Yaqublunun qadınlığını nəzərə almalıdır” – YAP-çı deputat

4 Dekabr 2012, 14:36

“Azərbaycanda məhkəmə müstəqil hakimiyyətin müstəqil qanadıdır. Müstəqil hakimiyyətin müstəqil qanadıdırsa, biz ona heç bir təsir edə bilmərik. Və hesab edirəm ki, məhkəmə Nigar Yaqublu məsələsində onsuz da ədalətli mövqe göstərməli və ədalətli qərar qəbul etməldir”.
Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı N. Yaqublunun məhkəmə prosesinə münasibət bildirərkən deyib.

“Azərbaycan mənəvi dəyərlərində qadına, qıza xüsusi ehtiramın və hörmətin olmağından qaynaqlanaraq hesab edirəm ki, ədalətli qərar olacaq. Törədilmiş hadisə ilə bağlı mətbuatdan oxuduğum qədər əks tərəfdən heç bir şikayət yoxdur. Qəza olduğu kimi qəbul olunub və qəzadan heç kəs sığortalanmayıb və heç bir şikayət də yoxdur. Hesab edirəm ki, onun gənc və qadın olmağını nəzərə alıb, məhkəmə qəti həbs qərarı verməməlidir. Çünki onsuz da bizdə uzun illərdir ölkəmizdə Əfv Komissiyası fəaliyyət göstərir. Bu komissiyanın da fəaliyyəti xalqımıza, ictimaiyyətə məlumdur. Hətta bir sıra hallarda ciddi cinayətlər törətmiş, lakin törədilən tərəfin heç bir şikayəti yoxdursa və onun törətdiyi əməldən ətrafdakılara təhlükə yoxdursa, həmin məhkumlar möhtərəm prezidentimiz, Əfv Komissiyası tərəfindən bağışlanılır”.
M.İbrahimqızı bildirib ki, Nigar Yaqublu məsələsində də əks tərəfin heç bir şikayəti olmamağı və onun törətdiyi hadisənin ətraf üçün təhlükəli olmaması əsas şərt kimi götürülməlidir.
“O, qadındır, hesab edirəm ki, məhkəmə bu məsələləri də nəzərə almalıdır. Necə ki ədalətli qərar qəbul edəcəklər, bu ədalətli qərarda Azərbaycanın milli dəyərləri də nəzərə alınacaq”.

Anar Kəlbiyev
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?