Modern.az

İsa Qəmbər: “Boykot iddiaları və təklifləri bizi hədəfdən yayındırır”

İsa Qəmbər: “Boykot iddiaları və təklifləri bizi hədəfdən yayındırır”

Təhsil

4 Dekabr 2012, 14:53

“Bəzi dostlar boykot havası əsdirirlər. Belə məsələlərə son qoymaq lazımdır. Seçkinin bizə yaratdığı imkanlardan imtina etmək olmaz”.

Modern.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu İctimai Palatanın (İP) “Seçki İslahatları Memorandumu” ilə bağlı keçirdiyi ictimai dinləmələrdə Müsavat Partiyasının başqanı İsa Qəmbər deyib. İ. Qəmbər bildirib ki, seçkidə iştirakdan imtina ən son məqamda da ola bilər:

“Boykot iddiaları və təklifləri bizi hədəfdən yayındırır. Əgər boykota gedəcəyiksə, onda bu sənədə nə ehtiyac vardı? Biz beynəlxalq birliklə ciddi işləməliyik. Avropaya son səfərimdə də bu istiqamətdə ciddi fəaliyyət aparıldı”.

Müsavat Partiyasının başqanı hesab edir ki, Memorandum müxalifət qüvvələrini bir araya gətirmək istiqamətində ciddi təkan ola bilər: “Bu sənəd həm də beynəlxalq təşkilatların önünə çıxarılması üçün mühüm hesab olunmalıdır”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu