Modern.az

Bakının mərkəzində silah-sursat tapıldı

Bakının mərkəzində silah-sursat tapıldı

4 Dekabr 2012, 15:22

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Nərimanov rayonunda döyüş sursatı aşkarlanıb. Nazirlıikdən verilən məlumata əsasən, dərhal müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib.

Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçiriblər. Müəyyən olunub ki, bu, avtomat silahına aid 1ədəd daraq (21 ədəd 7x62mm gülləsi) və istifadəyə yararlı olan tank əleyhinə 1 ədəd RKQ-3 markalı əl qumbarasıdır. Aşkar edilmiş hərbi sursatlar müvafiq qaydada mütəxəssislər tərəfindən zərərsizləşdirilərək aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və digər növ şübhəli əşya aşkar etməmişlər. Əməliyyat saat 12:50-də başa çatıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi