Modern.az

Deputat Adil Əliyev Korrupsiya ilə Mübarizə İdarəsinə müraciət etməyə hazırlaşır

Deputat Adil Əliyev Korrupsiya ilə Mübarizə İdarəsinə müraciət etməyə hazırlaşır

4 Dekabr 2012, 16:31

Millət vəkili Adil Əliyev “Azəristiliktəchizat” ASC-dən Hesablama Palatası və Baş prokuror yanında korrupsiya ilə mübarizə idarəsinə müraciət etməyə hazırlaşır. Modern.az xəbər verir ki, bu haqda deputat öz Facebook profilində yazıb.

A.Əliyev ““Azəristiliktəchizat” ASC-nin sədri nə işlə məşğuldur? Qarşıdan qış gəlir, paytaxt ona hazırdırmı? Qışa hazırlıqla bağlı bu istiqamətdə hansı işlər görülür? 2012-ci il büdcə layihəsində ölkə ərazisinə istilik sistemi üzrə yaranan zərərin ödənilməsinə, istilik sistemi və təchizat  obyektlərinin istismarına və təmirinə 31,6 milyon manat vəsait ayrılıb. 2011-ci ildə isə ayrılan vəsait 19 milyon manat olub. Ümumən 2005-2010-cu illərdə istilik sisteminə üst-üstə təxminən 77 milyon manat ayrılıb…
Cənab Yaşar Həsənovun (“Azəristiliktəchizat” ASC-nin sədri-red.) nəzərinə çatdırmaq istəyirəm ki, mənim seçicilərimin hələ də istilik məsələsi həll olunmamış qalıb və mən onların millət vəkili kimi rəsmi müraciətimi bu rəqəmlərin yoxlanması üçün Hesablama Palatasına və Korrupsiya ilə mübarizə idarəsinə etməyə hazırlaşıram. İndi söz sizindir.”-deyə, A.Əliyev bildirib.

Sevinc İltifatqızı

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər