Modern.az

Turqut Özalın ölümündə şübhəli şəxs aşkar edildi

Turqut Özalın ölümündə şübhəli şəxs aşkar edildi

Təhsil

4 Dekabr 2012, 21:20

Türkiyənin səkkizinci prezidenti Turqut Özalın müəmmalı ölümü ilə bağlı yeni detallar ortaya çıxıb. Modern.az-ın Zaman qəzetinə istinadən verdiyi məlumata görə,  mərhum prezidentin ölümü ilə əlaqədar açılan cinayət işi üzrə 20 nəfər dindirilib. Istintaqa cəlb olunanlar arasında Turqut Özalın rəhbərliyi dönəmində Çankaya sarayında çalışan iki qadın şübhəli şəxs qismində dindirilib. İstintaq ictimaiyyətə gizli aparıldığından şübhəli qadınların kimliyi hələlik açıqlanmayıb. Onlar prokurorluq əməkdaşlarının apardıqları sorğu-sual zamanı fərqli cavabları ilə diqqət cəlb edib. Qadınlardan biri Turqut Özalın öldüyü gün Çankaya sarayında olmadığını bildirsə də sonradan onun yalan ifadə verdiyi ortaya çıxıb. 1996-cı ilə qədər Özal ailəsinin yanında çalışan həmin şəxsin hazırda Şotlandiyada yaşadığı bildirilir.

Eks-prezidentin həyat yoldaşı Səmra Özal, oğlu Əhməd Özal, həmçinin o dövrdə prezident köməkçisi vəzifəsində çalışan  Arslan Güner və prezidentin baş katibi Mehmet Kamal Yamak da istintaqa cəlb olunublar.

Qeyd edək ki, Türkiyənin 8-ci prezidenti Turqut Özalın nəşi üzərində aparılan ekspertiza zamanı onun 4 müxtəlif zəhərlə zəhərləndiyi məlum olub. Ekspertizanın nəticələrindən məlum olub ki, Türkiyənin 8-ci prezidenti 4 müxtəlif zəhərdən dünyasını dəyişib. O, 1980-ci ildə Türkiyədə qadağan edilən, həşərat öldürücü DDT (dikloro difenol trikloroethan) zəhəri, Kadmium (ağır metal), radioaktiv maddələr olan Amerikium və Poloniumdan zəhərlənib. Sabiq prezident uzun müddət radioaktiv maddələr hesabına zəifləyib, daha sonra isə həşəratlar üçün nəzərdə tutulan zəhərlə ani ölümü təmin edilib. Ekspertizadan sonra Ədliyyə Tibb Qurumu belə nəticəyə gəlib ki, 4 müxtəlif zəhər mərhum prezidentin içkisinə ya da yeməyinə qatılıb. Özalın ölümündən bir gün öncə Bolqarıstan səfirliyində içdiyi limonat, ya da Çankaya Köşkünə gəldikdən sonra qəbul etdiyi qidalardan zəhərləndiyi ehtimalı üzərində durulur.

Anar Rüstəmov

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı