Modern.az

İki millət vəkili Kamal Abdullanı təbrik etdi

İki millət vəkili Kamal Abdullanı təbrik etdi

Təhsil

4 Dekabr 2012, 21:37

Dekabrın 4-də tanınmış yazıçı, alim, professor Kamal Abdulla doğum gününü qeyd edib, onun 62 yaşı tamam olub. Bakı Slavyan Universitetinin rektoru, Azərbaycan Yaradıcılıq Fondunun sədri Kamal Abdulla cəmiyyətdə həm də ictimai xadim kimi də tanınınır. O, “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin fəal üzvlərindən biridir.

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının üzvü, millət vəkili Rövşən Rzayev və Milli Məclisin digər deputatı Fuad Muradov Modern.az saytı vasitəsilə Kamal Abdullanı ad günü münasibətilə təbrik ediblər.

Kamal Abdullanın ölkəmiz üçün çox dəyərli ziyalı oluğunu vurğulayan millət vəkilləri bildiriblər ki, o, bir mütəxəssis kimi özünün
fikirləri və tərcümələri ilə Azərbaycan humanitar elminin inkişafında böyük pay sahibidir. Deputatlar ömrünün əhəmiyyətli bir hissəsini elmlə məşğul olan, təkcə Azərbaycan miqyasında deyil, eyni zamanda ölkə hüdudlarından kənarda da tanınan alimə yeni yaradıcılıq uğurları, uzun ömür və can sağlığı arzulayıblar.

Modern.az

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu