Modern.az

Borçalılar İlham Əliyevdən 2 ay möhlət istədilər

Borçalılar İlham Əliyevdən 2 ay möhlət istədilər

5 Dekabr 2012, 10:04

Gürcüstanda yaşayan azərbaycanlıların sərhəd-keçid məntəqələrində üzləşdikləri problemlərlə bağlı yenidən Azərbaycanın ölkə başçısına müraciət edilib. Modern.az-ın məlumatına görə, bu barədə  "Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bildirib. Z.Məmmədlinin sözlərinə görə, prezidentə edilən müraciətdən qanunvericiliyinin tələbləri pozan soydaşlarımıza 2 ay möhlət verilməsi xahiş olunub.

“Azərbaycan - Gürcüstandan sərhəd-keçid məntəqəsində Gürcüstandan olan soydaşlarımızın problemləri ilə bağlı bir sıra rəsmi şəxslərlə görüşlərim olub. Bu təmaslarımız bu gündə davam edəcək. Eyni zamanda dövlət başçısı cənab İlham Əliyevə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin davranışlarını tənzimləyən qanunların tələblərini pozan soydaşlarımıza qarşı mövcud qanunvericiliyin tətbiqinin 2 ay müddətində dayandırılması xahişi ilə müraciət etmişik. Ümid edirəm ki, bizim haqlı istəklərimiz yerinə yetiriləcəkdir. Təəssüf ki, bir qrup məsuliyyət hissini itirmiş insanlar "Borçalı" Cəmiyyətinin adından insanları xaotik kütləvi tədbirlərə çağırmaları faktları mövcuddur. Bildirirəm ki, bu cür çağırışların "Borçalı" Cəmiyyətinə heç bir aidiyyəti yoxdur ve təxribatdır. Eyni zamanda insanların hüququn imkan verdiyi səviyyədə öz hüquqlarını qoruma haqqına sayğılıyıq”, -deyə Z.Məmmədli vurğulayıb.

Anar RÜSTƏMOV
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi